Xəbər lenti

PSJ prezidenti açıqladı: "Kilian qayıtdı, o, kluba bağlıdır”
İdman05:27 14.08.2023

PSJ prezidenti açıqladı: "Kilian qayıtdı, o, kluba bağlıdır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ prezidenti Nassir Əl-Xəlaifi Puissi şəhərindəki məşq mərkəzindəki paltardəyişmə otağında komanda və heyət qarşısında çıxış edərək, fransalı hücumçu Kilian Mbappenin əsas komandaya qayıtdığını şəxsən açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
"Kilian qayıtdı. O, kluba bağlıdır”, deyə prezident komandaya xitabən bildirib.
Avqustun 13-də tanınmış insayder Fabrizio Romano Mbappenin əsas heyətlə məşqlərə qayıtdığını açıqlayıb. Bundan əvvəl, iyulun 21-də PSJ rəhbərliyi Mbappeni Yaponiyadakı hazırlıq prosesindən kənarlaşdırmışdı. "L'Equipe"nin məlumatına görə, buna forvardın gələn yay azad agent kimi "Real Madrid"ə keçmək üçün gizli müqavilə imzalaması səbəb olub.
Aydın