Xəbər lenti

İdman 10:59 10.01.2024

PSJ prezidenti: "Messi pis insan deyil, amma bu mənim xoşuma gəlmir"

PSJ-nin prezidenti Nasir Əl-Xəlaifi argentinalı hücumçu Lionel Messinin "İnter Mayami"yə getdikdən sonra Fransa komandası ilə bağlı açıqlamalarından təəssüfləndiyini bildirib. 

Qaynarinfo bu barədə "RMC Sport" məlumat yayıb.

"Ona çox hörmətim var, amma kimsə PSJ haqqında pis danışırsa, bu yaxşı hal, hörmət edə biləcəyimi mövqe deyil. O, pis insan deyil, amma bu mənim xoşuma gəlmir. İstəyirəm ki, hər kəs oyunçusu olduğu klub haqqında danışsın. Ayrılandan sonra yox... Bu, bizim üslubumuz deyil", deyə klup prezidenti bildirib.

"Messi tarixin ən yaxşı oyunçusudur. "Barselona"da uzun illər çıxış etdikdən sonra bura gəlmək onun üçün asan olmadı", deyə Nasir Əl-Xəlaifi əlavə edib.

Qeyd edək ki, ötən mövsümün sonunda PSJ-dən ayrılan Messi MLS komandası ilə müqavilə imzalayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->