Xəbər lenti

PSJ siyahını tərk etdi, "Qarabağ" lideri izləyir  - 6 məğlubedilməz qaldı
İdman08:51 03.01.2023

PSJ siyahını tərk etdi, "Qarabağ" lideri izləyir  - 6 məğlubedilməz qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ Liqa1-in XVII turunda səfərdə "Lans”a yenilərək (1:3) "Qarabağ”ın da yer aldığı ölkə çempionatlarının məğlubedilməzləri siyahısını tərk edib.
Fanat.az xəbər verir ki, hazırda cəmi 6 komanda cari mövsüm davam edən daxili birinciliklərdə uduzmayıb.
"Qarabağ” Azərbaycan Premyer Liqasında keçirdiyi 18 oyunun 16-da qələbə qazanıb, 2-də heç-heçə etməklə siyahının ikinci sırasında özünə yer edib. Ağdamlılar qələbə sayında yalnız Serbiya təmsilçisi "Srvena Zvezda”dan geri qalır. Belqradlılar "köhlən atlar”dan bir oyun çox keçirib və hesabında da 1 qalibiyyət çoxdur.
1. "Srvena Zvezda” (Serbiya) - 17 qələbə, 2 heç-heçə
2. "Qarabağ” (Azərbaycan) - 16 qələbə, 2 heç-heçə
3. TNS (Uels) - 15 qələbə, 3 heç-heçə
4. "Napoli” (İtaliya) - 13 qələbə, 2 heç-heçə
5. "Panatinaikos” (Yunanıstan) - 12 qələbə, 3 heç-heçə
6. "Atletik Eskaldes” (Andorra) - 8 qələbə, 6 heç-heçə