PSJ "Malyorka"dan 22 yaşlı cənubi koreyalı yarımmüdafiəçisi Li Kanq İni transfer edib.
Qaynarinfo-nun məlumatına görə, Paris klubunun elanında 22 yaşlı futbolçu ilə beşillik müqavilə imzalandığı bildirilib. "Malyorka" bu transferdən 22 milyon avro qazanıb, Kanq İn isə PSJ ilə müqavilə imzalayan ilk cənubi koreyalı futbolçu olub.
Li Kanq İn ötən mövsüm "Malyorka"nın heyətində meydana çıxdığı 39 oyunda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Səbuhi Həsənov