Dünyada iqtisadi böhran inkişaf etmiş ölkələrdə də insanları çətinlik qarşısında qoyur.
"Qaynar" cebhe.info-ya istinadən xəbər verir ki, Danimarkada Djursland adasında fəaliyyət göstərən bir dərnək iqtisadiyyatdakı ağır durumu nəzərə alaraq sadəcə adada istifadə ediləcək pul əskinasları çap edib. Yeni pul “Djur” adlanır.
80 min sakini olan adada yeni pul əskinasının dövriyyəyə buraxılmasının iqtisadi durumu nisbətən yaxşılaşdıracağı təxmin edilir. Artıq pul banknotlarının çapı yekunlaşıb və yaxın zamanda dövriyyəyə buraxılacaq. Dərnək rəsmilərinin fikrincə, yeni əskinas ada sakinləri arasında birliyə, bərabərliyə müsbət təsir göstərəcək.
Adadakı iki bələdiyyənin rəhbərliyi isə layinənin ümidverici olmadığını düşünür.Onların sözlərinə görə, bunabənzər layihə Almanya - Avstriya sərhədində iqtisadiyyatı çökmək üzrə olan kənddə də icra edilib, lakin nəticəsi olmayıb.
Yeni əskinasın rəsmən tədavülə buraxılması olduqca çətindir. Danimarkada pul çapı ancaq ölkənin Mərkəzi Bankının səlahiyyətindədir.
Qaynar.Az