Dünya 10:48 01.07.2022

“Putin qadın olsaydı...” deyən Consondan yeni fikir - TASS

Ukraynada münaqişənin başa çatması üçün Vladimir Putinin Rusiya prezidentliyindən istefa verməsi tələb olunmur.

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson Madriddə keçirilən NATO sammitinin sonunda LBC radiostansiyasına müsahibəsində deyib.

"Xeyr, əlbəttə ki, yox", - Britaniya hökumətinin başçısı deyib.

Conson hesab edir ki, Putin Rusiya əhalisi arasında əhəmiyyətli dəstəyi nəzərə alaraq, Rusiya Federasiyasının Ukrayna ilə müharibəsini (2022-ci il fevralın 24-dən başlayıb) faktiki olaraq istənilən şərtlərlə başa çatdıra bilər.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri iyunun 29-da G20 həmkarlarını, əgər Putin şəxsən iştirak edərsə, noyabrda İndoneziyada keçiriləcək G20 sammitini boykot etməməyə çağırmışdı. Baxmayaraq ki, Conson Rusiya liderinin sammitdə iştirak edəcəyinə şübhə ilə yanaşıb.

Əvvəllər Britaniyanın baş naziri Putinlə bağlı bunları deyib: "Putin qadın olsaydı, - aydın məsələdir ki deyil, - amma olsaydı, düşünmürəm ki, Ukraynada hərbi əməliyyata başlayardı”.
 
Alpər