Xəbər lenti

Putinin rubl siyasəti iflasa uğradı - “Rosneft” 6,5 milyon ton nefti sata bilmədi
Ekonomiks10:43 26.04.2022

Putinin rubl siyasəti iflasa uğradı - “Rosneft” 6,5 milyon ton nefti sata bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın neft treyderi "Rosneft” tender zamanı rublla ödəniş tələb etdiyi üçün 6,5 milyon ton neft sata bilməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” 5 treyderə istinadən məlumat yayıb. 
"Tenderin uğursuzluqla nəticələnməsi Ukraynaya hərbi təcavüzə görə Qərbin Rusiyaya tətbiq etdiyi sərt sanksiyalar üzündən Kremlin neft satışı ilə bağlı ciddi problem yaşadığını ortaya qoyur. Ötən həftə "Rosneft” Putinin "Qazprom”a verdiyi tapşırıqlara müvqafiq olaraq neftin alınması üçün qabaqcadan rublla tam ödəniş tələbini irəli sürüb. "Rosneft" 6,5 milyon ton "Urals", "Siberian Light", "Sokol" və "ESPO Blend" neftini satışa çıxarıb. Lakin bazar ertəsinə qədər heç bir təklif almayıb”, "Reuters" treyderlərə istinadən yazır.
Rusiyanın neft treyderi məlumata heç bir şərh verməyib.
"Xüsusi şərtlər və qısa müddətlər fərdi danışıqlar tələb edir" deyən Asiya ticarət firmasındakı mənbə təklif edilən bəzi həcmlərin özəl müqavilələr əsasında satıla biləcəyini söyləyib.
"Rosneft”in tenderindən xəbəri olan digər mənbə isə bildirib ki, tenderin əsas məqsədi "bazarın rublla ödəniş tələb etməsini elan etmək” olub və buna da nail olunub.
Seyid