
"Bu, Turinə duyğusal bir dönüş olacaq. Çünki "Yuventus” stadionunda qalib gəlməyi ürəkdən sevirdim”.
Qaynarinfo sports.ru-ya istinadla xəbər verir ki, bu sözləri öz "Instagram" hesabında hazırda "Barselona”nın formasını geyinən "Yuventus”un keçmiş yarımmüdafiəçisi Miralem Pyaniç sabiq komandası ilə Kataloniya klubunun Çempionlar Liqasında eyni qrupa düşməsi ilə bağlı statusunda qeyd edib.
"Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm! Çətin bir qrupa düşmüşük, amma Çempionlar Liqası sadə tapşırıqları sevənlər üçün deyil”, - ulduz futbolçu əlavə edib.
Alpər