Xəbər lenti

Qadın futbol komandasının 4 oyunçusu kişi çıxdı
İdman21:00 14.02.2014

Qadın futbol komandasının 4 oyunçusu kişi çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu məsələdən sonra İran Futbol Federasiyası klubların oyunçularla müqavilə imzalamadan əvvəl cinsiyyət testi etmək məcburiyyətini irəli sürüb

İranın milli qadın futbol komandasının 4 oyunçusu kişi çıxıb. 

ANS PRESS-in məlumatına görə, komandanın ən yaxşı 4 oyunçusu gender testindən keçə bilməməsi səbəbilə müvəqqəti olaraq kənarlaşdırılıb.

Ölkənin müxtəlif klublarından olan üzvlərindən ibarət İran milli qadın futbol komandasının 4 üzvünün cinsiyyət dəyişdirmək üçün əməliyyata hazırlaşan kişilər olduğu ortaya çıxıb.

İranda evlilikdən əvvəl cinsi münasibətdə olmaq, homoseksualizm qadağan olunsa da, lakin cinsiyyət dəyişdirmək qanuna görə sərbəstdir. 

Bu məsələdən sonra İran Futbol Federasiyası klubların oyunçularla müqavilə imzalamadan əvvəl cinsiyyət testi etmək məcburiyyətini irəli sürüb.

"Bu şəxslər əməliyyat yolu ilə problemlərini həll edə biləcəklərsə və əlaqədar tibbi göstəricilərə cavab verəcəklərsə, qadın futbolu yarışlarında iştirak etmək imkanı qazanacaqlar" - deyə İran Futbol Federasiyası Sağlamlıq Komissiyasının sədri Əhməd Haşəmian qeyd edib.

Qaynar.info