Xəbər lenti

Qadın güləşçilərdən üç medal
İdman19:59 04.09.2021

Qadın güləşçilərdən üç medal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir.
Qaynarinfo xəbər verir ki, bu gün qadın güləşçilərin yarışı keçirilib.
Ölkəmizi məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Tatyana Varansova (53 kq), Yasəmən Məcidli (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) təmsil edib.
Bütün çəkilərdə mübarizə dairəvi sistem üzrə baş tutub. Yekunda güləşçilərimizdən Şəhanə gümüş, Tatyana və Birgül isə bürünc medal qazanıb.