Xəbər lenti

Qadın güləşçilərimiz dünya çempionatında 8-ci oldu
İdman17:23 20.09.2019

Qadın güləşçilərimiz dünya çempionatında 8-ci oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan dünya çempionatında qadın güləşçilərin yarışına yekun vurulub.
Qaynarinfo xəbər verir ki, Azərbaycan millisi 48 xalla dünya çempionatında 8-ci olub. Millimizin heyətində Mariya Stadnik (50 kq) dünya çempionu olub. Elis Manolova (65 kq) isə yarışın bürünc medalını qazanıb.
Komanda hesabında Yaponiya 137 xalla birinci pillədə qərarlaşıb. Rusiya (108 xal) ikinci, ABŞ (105 xal) isə üçüncü olub.