Xəbər lenti

Qadın güləşçimiz dünya çempionatında bürünc medal qazandı
İdman18:03 24.10.2018

Qadın güləşçimiz dünya çempionatında bürünc medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın qadın güləşçisi İrina Netreba Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında bürünc medal qazanıb. 
Qaynarinfo xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Forrest Molinarini üstələyib. 
Qeyd edək ki, 50 kq-da çıxış edən Mariya Stadnik mundialın finalına vəsiqə qazanıb. 
Xatırladaq ki, daha öncə sərbəst güləşçi Cəbrayıl Həsənov dünya çempionatında gümüş medala sahib olub.