Bakıda qadın sahibkarın rəhbərlik etdiyi şirkətdə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılmaq istənilən yoxlamaya mane olunub.
Qaynarinfo-nun məlumatına görə, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi İbrahimova Albinə Ələkbər qızının rəhbəri olduğu şirkətdə yoxlama aparmaq istəyib.
Lakin yoxlayıcılar baş ofisə gəldikdə şirkət nümayəndələri Albinə İbrahimovanın ölkə xaricində olduğunu bəhanə edərək yoxlamanın keçirilməsinə imkan verməyiblər. Həm yazılı, həm də şifahi sorğulara heç bir cavab verilməyib.
FHN Albinə İbrahimova barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ("Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması”) üzrə protokol tərtib edib və məsələ məhkəməyə göndərilib.
Məhkəmə qərarı ilə Albinə İbrahimova 1000 manat məbləğində inzibati cərimə olunub.
Aydın
Şərhlər