"Bu, ictimai nəqliyyatın avtobus seqmentini daha cəlbedici, etibarlı və güvənli edəcək. Bundan əlavə, sürücü-sərnişin davranışlarını yaxşılaşdıracaq"
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov ictimai nəqliyyatda qadın sürücülərin fəaliyyətə başlamasına münasibət bildirərkən deyib.
Ekspert əvvəllər də Bakının ictimai nəqliyyatında qadın sürücülərin fəaliyyət göstərdiyini bildirib:
"Tramvayların əksər sürücüləri qadınlar olub. Taksi sürən qadınlarımız da var. Qadın sürücülərin yenidən avtobus sürəcəyi təəccüb doğurmamalıdır".
Eldəniz Cəfərov taksi fəaliyyətində olan qadın sürücülərin ictimai nəqliyyata keçə biləcəyinin də yollarını açıqlayıb:
"Bunun üçün sürücülük vəsiqəsində digər kateqoriya olmalıdır. Müvafiq kateqoriyası varsa, taksi fəaliyyətində olan qadın sürücülər avtobuslara keçə bilər”.
Qeyd edək ki, noyabrın 24-dən xanım sürücülərin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib. İctimai nəqliyyatda qadın sürücüləri fəaliyyətə başlayıb.
Bahar Rüstəmli
Şərhlər