Xəbər lenti

Qadınlar işə 1 saat gec gəlib, 1 saat tez getsin - Deputatdan təklif
Ekonomiks08:38 24.05.2024

Qadınlar işə 1 saat gec gəlib, 1 saat tez getsin - Deputatdan təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ailəli və uşağı olan qadınların digər qayğılarını nəzərə alıb, onların iş rejmini yüngülləşdirməliyik". 
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.
"Ailə Məcəlləsinə ailəli, uşaqlı qadınların işə 1 saat gec gəlib, işdən isə 1 saat tez getməsi ilə bağlı maddənin salınmasını vacib hesab edirəm", deyə deputat vurğulayıb.
Qafqaz Rafiqoğlu