
Bankın əsas filialı Yeni Dehlidə yerləşəcək.
Hindistanda ilk dəfə müştərilərinin sadəcə qadınlar olacağı bank yaradılacaq. Anspress-in verdiyi xəbərə görə, bankın əsas filialı Yeni Dehli şəhərində yerləşəcək, yerdə qalan 6 filialı ölkənin müxtəlif regionlarında yerləşəcək. Gələcəkdə bankın filiallarının sayının artırılacağı da gözlənlir.
Bank “Bhartiya Mahila Bank Limited” adlanacaq. Bankın qeydiyyatında 160 milyon dollar dəyərində kapitalla bu ilin noyabr ayında müştərilərə xidmətə başlayacaq.
Bankın bütün işçilərinin qadın olacağı bilidirilir. Belə bir bankın yaradılması haqqında ideya ilk dəfə bu ilin fevral ayında səsləndirilib.
Qeyd edək ki, bundan əvvəl sadəcə qadınlar üçün olan bank 2009-cu ildə İranın Məşhəd şəhərində açılmışdı
Qaynar.info