Xəbər lenti

"Qadınların pensiya yaşı ilə bağlı təkliflər" - Deputat
Ekonomiks07:42 03.07.2023

"Qadınların pensiya yaşı ilə bağlı təkliflər" - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Pensiya yaşında olan artımlar 2017-ci ildə təsdiq olunmuş pensiya sistemindəki dəyişiklilərlə həyata keçirilir. Təklifimiz ondan ibarətdir ki, qadınlar üçün pensiya  yaşı 63-də saxlanılsın. Bununla bağlı komitə iclasında təkliflərimi təqdim etmişdim, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdim ki,  qadınların pensiya yaşının 63-də saxlanılmasının maliyyə tutumunun hesablanması həyata keçirilsin. Düşünürəm ki, qadınların pensiya yaşının 63-də  saxlanılması daha məqsədəuyğundur”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov qadınların pensiya yaşının 63 yaş 6 aya qədər uzadılması ilə bağlı qərarı şərh edərkən deyib. 
Deputat bildirib ki, pensiya yaşında olan artımlar 2017-ci ildə təsdiq olunmuş pensiya sistemindəki dəyişiklilərlə həyata keçirilir: 
 "Təklifimiz ondan ibarətdir ki, qadınlar üçün pensiya yaşı 63-də saxlanılsın ”. 
 Deputat hesab edir ki, qadınlarla kişilərin pensiya yaşının diferensial yanaşma daha məqsədəuyğundur: 
 "Çünki bu eyni zamanda bir sıra ölkələrdə də, o cümlədən Avropa İttifaqına üzv  olan ölkələrdə belə tətbiq olunur. Qadınların pensiya yaşı tamam olan zaman  daha çox sosial təminata ehtiyac var. Ona görə onların daha tez pensiyaya çıxması    daha məqsədəuyğundur. Təklifimiz ondan ibarətdir ki, bütövlükdə pensiya islahatlarında qadınlarla kişilərin pensiyasının diferensial yanaşılsın və qadınların  kişilərə nisbətən daha tez pensiya yaşınının müəyyənləşdirilməsinin həyata keçirilməsi daha yaxşı olar”. 
Qeyd edək ki, qadınların yaşa görə əmək pensiyası 2023-cü il iyulun 1-dən 63 il 6 ay təyin olunub. 
Bahar Rüstəmli