Xəbər lenti

Qadınların qorxusuna çevrilən manyak tutuldu -Bakıda
Ölkə07:30 03.10.2014

Qadınların qorxusuna çevrilən manyak tutuldu -Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda qadınlara hücum çəkərək onları qarət edən, oğru yaxalanıb. 

Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, qadınların vahiməsinə çevrilən manyak Binəqədi rayon Polis İdarəsi və 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan Zaqatala rayon sakini Əfqan Cunayev bir neçə qadına hücum çəkərək onları qarət etməkdə günahlandırılır.Belə ki, o, sentyabrın 22-də S.S.Axundov küçəsində Nərmin Məlikməmmədovanı itələyib yıxaraq, qulağından 1 çüt sırğasını, 2 ədəd mobil telefonunu, əl çantasından 15 manat və bankomat kartını götürüb.

Bundan başqa Əfqan Cunayev sentyabrın 29-da 7-ci mikrorayonda Mirvari Hüseynovanı da yerə yıxaraq döyüb. Ondan qızıl və gümüş üzüklərini, 1 cüt qızıl sırğasını və mobil telefonunu götürərək qaçıb.

Saxlanılan Əfqan Cunayevin başqa cinayətlər də törətdiyi istisna edilmir. Faktla bağlı araşdırma aparılır.

Qaynar.info