Bu gün “Qafqazinfo” xəbər portalının fəaliyyətə başlamasından 16 il ötür.
2010-cu il avqustun 16-da fəaliyyətə başlayan xəbər portalı hazırda 30-dan çox rəsmi əməkdaşla fəaliyyətini davam etdirir. Jurnalistlər paytaxtla yanaşı, Azərbaycanın müxtəlif regionlarında baş verən hadisələri işıqlandırır, məlumatları dəqiqləşdirərək operativ şəkildə oxuculara təqdim edirlər.
Portalda Azərbaycan və rus dillərində gündəlik 100-dən çox xəbər yayımlanır, sayt 24 saat ərzində fasiləsiz yenilənir.
“Qafqazinfo”nun sosial media platformaları da Azərbaycan seqmentində geniş auditoriyaya malikdir. Oxucular xəbərləri “Instagram”, “Facebook” və “TikTok” vasitəsilə operativ şəkildə izləyə bilirlər.
Qaynarinfo "Qafqazinfo"nun kollektivini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır!
Şərhlər