Xəbər lenti

Ekonomiks 16:06 07.07.2025

"Qala Sığorta"nın əməkdaşı vətəndaşı 2000 manat cərimələtdirdi

"Qala Sığorta" Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşı T.Mehdi vətəndaş S.Əhmədovu xüsusi itiham qaydasında məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, T.Mehdi ərizəsində S.Əhmədovun Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və 148-ci (Təhqir) maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edib. 

İşə Laçın Rayon Məhkəməsində hakim Cavad İbrahimovun sədrliyi baxılıb. 

T.Mehdi məhkəmədə deyib ki, yol-nəqliyyat hadisəsi barədə "Qala Sığorta" ASC-nin qaynar xəttinə məlumat daxil olub. Şirkətdə qəza komissarı vəzifəsində çalışan T.Mehdi hadisə yerinə gedib. O, hadisə haqqında danışarkən bildirib ki, S.Əhmədova məxsus BMW 316 yol kənarındakı təmir emalatxanasından baş yola geriyə hərəkət edərkən "Opel Astra" markalı avtomobilin qarşısına çıxaraq qəza şəraiti yaradıb. Bu hadisəyə görə S.Əhmədov təqsirli bilinib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbiri görülüb.

T.Mehdinin sözlərinə görə, S.Əhmədov hadisədə təqsirli bilindiyi üçün ona heç bir ödəniş edilməyib və bu barədə vətəndaşa izahat verilib. "Qala Sığorta"nın əməkdaşı əlavə edib ki, buna baxmayaraq S.Əhmədov sosial şəbəkələrdə onun ünvanına təqhir və böhtanlar yağdırıb. 

S.Əhmədov isə bildirib ki, hadisədə özü günahkar olmayıb. T.Mehdini də zənglərinə cavab vermədiyi üçün sosial şəbəkələrdə tənqid edib. Daha sonra isə işlətdiyi ifadələrə görə sosial şəbəkə vasitəsi ilə ondan üzr istəyib. 

Hakim Cavid İbrahimov hər iki maddə ilə S.Əhmədovu təqsirli bilib və ona ayrı-ayrılıqda 1000 manat cərimə cəzası təyin edib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->