Xəbər lenti

“Qalatasaray” “Beşiktaş”a qalib gəldi
İdman19:36 05.11.2022

“Qalatasaray” “Beşiktaş”a qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.
Qaynarinfo xəbər verir ki, "Qalatasaray” 12-ci turda evdə "Beşiktaş”ı qəbul edib. 
Hesabı 18-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Mauro İkardi açıb. 28-ci dəqiqədə Cenk Tosun bərabərlik qolunu vurub. İkardi 59-cu dəqiqədə özünün və komandasının 2-ci qoluna imza atıb. Beləliklə, "Qalatasaray” "Beşiktaş”ı məğlub edib - 2:1.
Qeyd edək ki, "Qalatasaray” turnir cədvəlində 24 xalla 2-ci, "Beşiktaş” isə 22 xalla 5-cidir.