Xəbər lenti

"Qalatasaray"ın əfsanəsinin oğlu İspaniya klubunda
İdman08:43 28.08.2023

"Qalatasaray"ın əfsanəsinin oğlu İspaniya klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qalatasaray"ın əfsanəsi Georgi Hacının oğlu İanis karyerasını İspaniyada davam etdirəcək. 
 
Qaynarinfo-nun məlumatına görə, futbolçu İspaniya təmsilçisi "Alaves"ə icarəyə verilib. Şotlandiya təmsilçisi "Reyncers”ə məxsus olan rumıniyalı futbolçu yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Adı bəzən "Qalatasaray"la hallanan 24 yaşlı hücumameyilli yarımmüdafiəçinin "Trabzonspor"a gedəcəyi iddiaları da irəli sürülüb.
Hacının adı La Liqada "Xetafe" ilə baş tutacaq oyun üçün iştirak ərizəsinə də daxil edilib.
Səbuhi Həsənov