Xəbər lenti

“Qalatasaray”ın yeni baş məşqçisi açıqlandı (RƏSMİ)
İdman08:18 23.06.2022

“Qalatasaray”ın yeni baş məşqçisi açıqlandı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qalatasaray” yeni baş məşqçisini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Türkiyə klubu sabiq futbolçusu Okan Buruku bu posta təyin edib.
"Cim-bom” 48 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, Buruk ilk mövsümündə 930 min avro maaş alacaq. Gələn ilin yayında onun daha bir il qalması qərara alınsa, həmin vaxt məvacibi 1 milyon avro təşkil edəcək.
O, bu postda istefaya göndərilən Domenek Torreni əvəzləyib.
Qeyd edək ki, Okan Buruk 1991-2001 və 2006-2008-ci illərdə "Qalatasaray”ın formasını geyinib. Çalışdırıcı 2013-cü ildə başlayan məşqçilik karyerasında isə "Elazığspor”, "Qaziantepspor”, "Sivasspor”, "Göztepe”, "Akhisar”, "Çaykur Rizespor” və "Başakşehir”ə rəhbərlik edib.