Xəbər lenti

“Qalatasaray” məşhur futbolçu ilə müqavilə imzaladı
İdman18:25 06.07.2021

“Qalatasaray” məşhur futbolçu ilə müqavilə imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin "Qalatasaray” klubu Arda Turanla yeni müqavilə imzalayıb.
Bu barədə "Haber Global” məlumat yayıb.
Məlumata əsasən, 34 yaşlı oyunçu ilə klub arasındakı anlaşma bir illik müddəti əhatə edir.
Mətbuata açıqlamalar verən A.Turan "sarı-qırmızılar”ın heyətinə qatıldığı ilk gündəki kimi həyəcanlı olduğunu bildirib. Yarımmüdafiəçi, həmçinin ötən mövsümdən nəticə çıxardıqlarını və azarkeşlərə futbolun ən gözəlini nümayiş etdirmək istədiklərini qeyd edib.