Xəbər lenti

“Qalatasaray” onu ABŞ klubuna icarəyə verdi
İdman21:20 22.01.2025

“Qalatasaray” onu ABŞ klubuna icarəyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin "Qalatasaray” klubu futbolçusu Vilfrid Zahanı ABŞ-nin "Şarlott” klubuna icarəyə verib.

Qaynarinfo İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, Fil dişi sahilindən olan hücumameyilli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

MLS təmsilçisi 32 yaşlı vinger üçün "Qalatasaray”a 2,8 milyon ABŞ dolları ödəyəcək.

Qeyd edək ki, Vilfrid Zaha cari mövsümün ilk yarısını icarə əsasında Fransanın "Lion” komandasında keçirib.