"Qalatasaray"ın prezident köməkçisi Rezan Epözdemir komandanın baş məşqçisi Fatih Terimin nə qədər maaş aldığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, klub rəsmisi Terimin "Qalatasaray"la yeni müqaviəsindən sonra onun maaşının 21 milyon lirə olduğunu söyləyib. Özdəmir təcrübəli məşqçinin maaşının bugünkü məzənnə ilə 1,9 milyon avroya bərabər olduğunu da vurğulayıb.
O təcrübəli çalışdırıcının daha əvvəl 18 milyon lirə qazandığını da bildrib: "Baş məşqçimiz 18 milyon türk lirəsi, yəni 2 milyon avro alırdı. Biz bu rəqəmi artırmadıq, 21 milyon lirəlik müqavilə bağladıq. Hazırkı rəqəm bugünkü məzənnə ilə 1,9 milyon avroya bərabərdir".
Səbuhi Həsənov