XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qalatasaray" rus futbolçunun transferini elan etdi
İdman14:12 20.08.2026

"Qalatasaray" rus futbolçunun transferini elan etdi

“Qalatasaray” rusiyalı futbolçu Aleksey Batrakovun transferi ilə bağlı rəsmi danışıqlara başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klub təsmi açıqlama yayıb.

Bildirilib ki, 20 yaşlı yarımmüdafiəçinin transferi ilə əlaqədar həm futbolçu, həm də onun klubu Moskva “Lokomotiv”i ilə rəsmi görüşlərə start verilib.

Tərəflər arasında danışıqların hansı mərhələdə olduğu və transferin maliyyə detalları barədə əlavə məlumat açıqlanmayıb.

Batrakov “Lokomotiv”in yetirməsidir və Rusiya klubunun əsas komandasında çıxış edir.

Aydın