Türkiyə Superliqasının 37-ci həftəsində artıq çempionluğunu elan edən "Qalatasaray" səfərdə "Göztepe" ilə qarşılaşmadan 0:2 hesablı qələbə ilə ayrılıb.
Qaynarinfo xəbər verir ki, "Gürsel Aksel" stadionunda keçirilən görüşün ilk hissəsində qapılara qol vurulmayıb və ilk 45 dəqiqə 0:0 hesablı bərabərliklə yekunlaşıb.
"Qalatasaray" 70-ci dəqiqədə qazandığı cərimə zərbəsini qola çevirib. Kaan Ayxan gözəl zərbə vuraraq komandasını önə keçirib.
Daha bir qol matçın əlavə vaxtında vurulub. 90+1-ci dəqiqədə Alvaro Morata fərqi artırıb.
Bununla da, "Qalatasaray" liqadakı qələbə seriyasını 7 oyuna çatdıraraq, hesabına üç xal əlavə edib. Bu nəticə ilə sarı-qırmızılılar xallarını 92-yə yüksəldib. Üç həftədir qalib gələ bilməyən "Göztəpə" 47 xalla 8-ci pillədə qalıb.
Superliqanın son həftəsində "Qalatasaray" öz meydanında "Başakşəhər"i qəbul edəcək.
Şərhlər