Xəbər lenti

"Qalatasaray" yeni məşqçisinin adını açıqladı
İdman12:19 18.10.2022

"Qalatasaray" yeni məşqçisinin adını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qalatasaray"da texniki heyətə yeni məşqçi qatılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə klubdan rəsmi məlumat verilib. Açıqlamaya görə bir müddət "Arsenal" və "Leypsiq"də də çalışmış Moritz Volzun baş məşqçi Okan Burukun istəyi ilə texniki heyətə qatılacağı bildirilib.
Məlumatda Volzun təkcə köməkçi kimi deyil, həm də skautluq şöbəsində və elmi sahədə çalışacağı da vurğulanıb.
2015-2019-cu illərdə "Arsenal”da müşahidəçi kimi fəaliyyət göstərən Volz 2019-2021-ci illərdə "Leypsiq”də çalışıb. "Arsenal” və "Fulhem” kimi klublarda futbol oynamış Volz yaxın günlərdə İstanbula gələcək. 
Sarı-qırmızılı komandada qapıçı məşqçisi kimi Fadıl Koşutan və Can Okuyucu çalışır. Dursun Gənc, Kaan Arısoy, Yusuf Köklü və Fuat Dəmir Okan Burukun komandasında atletika üzrə məşqçilik edirlər. Komandada performans və matç analizləri üzrə Yılmaz Yüksel, Serhat Doğan və Can Mutlu vəzifələndirilib.
Səbuhi Həsənov