TFF 2-ci Liqada Qırmızı Qrupda yer alan "Çorum"un yeni baş məşqçisi müəyyənləşib.
Qaynbarinfo xəbər verir ki, komandaya Ergün Pənbə rəhbərlik edəcək. "Tarsus İdman Yurdu"ndan ayrıldıqdan sonra təxminən 4 ay boş qalan Pənbə onu "Çorum"a bağlayan müqaviləyə imza atıb. Klub bu təyinatı rəsmən açıqlayıb.
"Çorum" prezidenti vəzifəsindən istefa verən Fatih Özcan mövzu ilə bağlı mətbuat konfransı keçirib. O, klubu almaq istəyənlərdən birinin "Fənərbaxça"nın futbolçusu Məsut Özil olduğunu iddia edib. Özcan Özilin məsələ ilə bağlı "Fənərbağça"nın Çorumdan olan futbolçusu İrfan Can Kahveci ilə görüşdüyünü və danışıqların davam etdiyini bildirib.
Səbuhi Həsənov