Xəbər lenti

"Qalatasaray"ın futbolçusuna 18 milyonluq təklif
İdman11:35 02.01.2018

"Qalatasaray"ın futbolçusuna 18 milyonluq təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qalatasaray"ın futbolçusu Badou Ndiayeyə Çindən təklif gəlib. 
Qaynarinfo xəbər verir ki, adı açıqlanmayan Çin klubu 27 yaşlı seneqallı futbolçu üçün 18 milyon avro təklif edir.
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim hələlik transferə razılıq verməyib. Baş məşqçi onun mövqeyinə ucuz və keyfiyyətli futbolçu tapa bilsə, keçidə icazə verəcək.
Qeyd edək ki, "Qalatasaray" Badou Ndiayeni yayda "Osmanlıspor"dan 7,5 milyon avroya transfer olunub.