"Qalatasaray" rəhbərliyi "Barselona" ilə matçın mükafatlarını müəyyən edib.
Qaynarinfo "Milliyet"e istinadən xəbər verir ki, İspaniyadakı matçdan əvvəl "Qalatasaray"ın idarəçilərinin müzakirə etdiyi mərhələ bonusu sonda bəlli olub. "Sarı-qırmızılılar" "Barselona"nı mübarizədən kənarlaşdıracağı təqdirdə onlara 650 min avro mükafat paylanacağı öyrənilib. "Qalatasaray" prezidenti Burak Elmasın komandaya bonus xəbərini "Beşiktaş" derbisindən sonra verdiyi bildirilir.
"Sarı-qırmızılılar"ın əfsanəvi futbolçularından olan Uesli Sneyder "Barselona" ilə matçı izləmək üçün "Nef" stadionuna dəvət olunub. Bir müddət "Real"ın forması ilə "Barsa"ya qarşı oynayan keçmiş niderlandlı futbolçunun sabah tribunalardakı yerini alacağı gözlənilir.
Səbuhi Həsənov