Xəbər lenti

Qalmaqallı erməni deputatın Bakı təəssüratı
Ölkə06:15 21.06.2014

Qalmaqallı erməni deputatın Bakı təəssüratı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Bakıda səfərdə əvvəlkindən fərqli olaraq bizə oteldən çıxmağa icazə verdilər. Lakin istədiyimiz yerə gedə bilmirdik”. 
Anspress-in məlumatına görə, bunu NATO PA-nın Bakıda keçirilən seminarında iştirak edən Ermənistan parlamentinin üzvü Tevan Poqosyan deyib.
O, bildirib ki, Azərbaycan NATO PA-nın Bakı seminarında iştirak edən erməni deputatlara şəhərin müəyyən yerlərinə getməyə icazə verməklə nə qədər tolerant ölkə olduğunu göstərdi.
“Ermənistan nümayəndə heyəti əvvəl də Bakıya səfər etmişdi. Lakin onlara mehmanxananı tərk etməyə icazə verməmişdilər. Bu dəfə isə fərqli oldu. Bizə oteldən çıxmağımıza icazə verdilər. Bizə dedilər ki, şəhərdə gəzə bilərik. Elə də etdik. Ancaq istədiyimiz yerə getməyimizə icazə vermədilər. Xəzərin sahilində gəzmək, Bakı kafelərindən birində oturub çörək yemək istəyirdik. Bizə isə ancaq adamların heç olmadığı yerdə gəzməyə imkan verdilər”, Tevon Poqosyan deyib.
Xatırladaq ki, iyunun 16-18-də Bakıda NATO Parlament Assambleyasının "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusuna həsr olunmuş 86-cı Rouz-Rout seminarı keçirilmişdi. Seminarda Ermənistan nümayəndə heyəti də iştirak etmişdi.
Qaynar.info