Xəbər lenti

Qalxanabənzər vəzi xərçəngi bu səbəblərdən inkişaf edir - Həkim
Sağlamlıq 18:57 16.09.2023

Qalxanabənzər vəzi xərçəngi bu səbəblərdən inkişaf edir - Həkim

Qalxanabənzər vəzi xərçəngi hallarının 75%-i qadınlarda aşkar edilir. 

Qaynarinfo xəbər verie ki, bunu rusiyalı onkoloq Maksim Astraxantsev deyib. Həkim RT-yə açıqlamasında xərçəngin bu növünün inkişafında bu və digər amillər barədə danışıb.

"Bütün halların təxminən 2/3-si 20 yaşdan 55 yaşa qədər olan insanlarda aşkar edilir", deyə onkoloq vurğulayıb.

Astraxantsev digər risk faktoru kimi qida rasionunda yodun az olmasını göstərib. Adi xörək duzu əvəzinə yodlaşdırılmış duzdan istifadə vəziyyəti yaxşılaşdırmağa kömək edir.

Həmçinin, həkimin fikrincə, qalxanabənzər vəzin xərçəngi baş və boyun nahiyəsinin radiasiya məruz qalması, o cümlədən şüa terapiyası zamanı yarana bilər:

"Ailədə qalxanabənzər vəzi xərçənginin olması da xəstəliyin inkişaf riskini artıra bilər. Yoğun bağırsaqda xərçəng öncəsi poliplərin olması qalxanabənzər vəzin papilyar xərçənginin inkişaf riskinin artması ilə əlaqələndirilə bilər”.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->