Xəbər lenti

Qanunları pozmadan mərc etmək və qazanmaq mümkündür
İdman13:19 09.02.2022

Qanunları pozmadan mərc etmək və qazanmaq mümkündür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən ilin son günlərində Milli Məclis "Telekommunikasiya haqqında” Qanuna yenidən baxdı. Daha konkret desək, parlamentin dekabrın 27-də keçirilən iclasında bu qanuna yeni düzəlişlər edildi. Həmin düzəlişdən sonra Azərbaycan ərazisindən xarici mərc saytlarına, eləcə də virtual lotoreya oyunları keçirən internet resurslarına giriş qadağan edildi. Bu isə o deməkdi ki, internet provayderləri və rabitə operatorları mövcud telekommunikasiya xidmətləri vasitəsilə azart oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar. Bura azart oyunların təşkili və ya bilet satışı, azart oyunlarda iştirak, o cümlədən xarici lotereya təşkilatçılarına və idman mərc oyunlarının operatorlarına ölkədə virtual mühitə çıxış daxildir. Eyni zamanda da yerli bankların kartları vasitəsiylə həmin saytlara pul köçürmək, eləcə də ordan hansısa formada ödəniş qəbul etmək qadağandı. Arıtq bu qadağalar qanuni qüvvəyə minib. Azərbaycan bankları müvafiq SMS vasitəsiylə müştərilərini son qadağalar barədə məlumatlandırıb.
Bu tədbirlərin tərkib hissəsi kimi maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb. Baş Prokurorluğun da çevik reaksiyası ondan xəbər verir ki, artıq qeyri-qanuni mərc oyunları təşkil edənlərə qarşı mübarizə bundan sonra daha sistemli və sərt xarakter alacaq. Hansısa formada məsuliyyətdən yaxa qurtarmaq, qanunsuz əməllərə davam etmək bundan sonra mümkün deyil.
Uzun zamandır mərc bazarında davam edən xaotik vəziyyət dövlətin bu müdaxiləsini qaçılmaz edirdi. Dövlət bilavasitə qanunların keşiyində dayanmaq, eləcə də, qanuni şəkildə fəaliyyət göstərən mərc şirkətlərinin və onların müştərilərinin maraqlarının qorunması missiyasını öz üzərinə götürüb. Bu maraqlar isə ondan ibarətdi ki, ölkə qanunlarına riayət edən, müvafiq vergi ödənişlərini ödəyən və buna görə lisenziya alan şirkətlərin fəaliyyətinə xaricdən hansısa maneçilik törədilməsin. Eyni zamanda da mərc həvəskarları internet vasitəsiylə həmin qeyri-qanuni, Azərbaycana hansısa formada vergi ödənişi etməyən şirkətlərin şikarına çevrilməsin. Ofşor zonalarda fəaliyyətdən keçən həmin o şirkətlər Azərbaycan dövlətinə vergi ödəməməklə yanaşı xeyli miqdarda pul vəsaitini ölkədən kənara çıxarır. Ən əsası, onların müştərilər qarşısında heç bir öhdəçiliyi yoxdu. Qazanılan uduşlar müştərilərə min bir bəhanəylə ödənilməyəndə müştərilər də şikayət etməyə nə bir ünvan tapır, nə də səlahiyyətli şəxs.
Ətrafımızda xeyli insan var ki, həmin o qeyri-qanuni mərc şirkətlərinin hesablarına pul yatırıb və oynamağa başlayıblar. Hansısa böyük miqdarda uduş qazanılanda və pulu almaq məqamı gələndə isə həmin şəxsin hesabı bloklanıb, uduşun verilməsindən açıq-aşkar imtina edilib. Belə halda kimə şikayət edəcəksən ki?! Gedəcəyin ofis, məhkəməyə verəcəyin məsuliyyət sahibi isə təbii ki, yoxdu. Əlacı hər yerdən üzülən vətəndaş sonda taleyi ilə barışır, bu cür şirkətlərin hesablarından mərc etdiyi üçün özünü qınamaqdan başqa heç bir çarə tapmır.
Çıxış yolu isə birdir. Belə hallarla rastlaşmamaq üçün yeganə vasitə dövlət lisenziyası ilə təmin olunmuş, Azərbaycanda fəaliyyət göstərməsi tam qanuni olan mərc şirkətlərinə güvənməkdir. Bu şirkətlərin internet saytları vasitəsiylə onlayn şəkildə mərc edənlərin öz uduşlarını almaması mümkünsüzdür. Çünki ortada dövlət təminatı var. Qanunun tələblərinə uyğun olaraq həmin şirkətlərin müştəri xidmətləri ilə həftənin 7 günü, sutkanın 24 saatı əlaqə saxlamaq, bütün suallara da cavab tapmaq olar.
Bütün bunları ona görə sadalayırıq ki, vətəndaşlarımız ayıq-sayıq olsunlar, fırıldaqçıların qurbanına çevrilməsinlər. Mərc etmək, bu oyunun həyacanını yaşamaq istəyənlər üçün Azərbaycanda geniş imkanlar, sərfəli seçimlər var. Bir sözlə, qanunlara riayət etməklə mərc etmək, qazanmağın sevincini yaşamaq mümkündür. Bunu unutmayın.
Rəsul