
“Qanun” Nəşriyyatının işıqları söndürülüb.
“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bunu “Axar.az”a təsdiqləyərək bildirdi ki, həqiqətən nəşriyyat işıqsız qalıb: “Bir az var Nəşriyyatın işıqları söndürülüb. Dedilər, Yasamal rayonunda təmir işləri gedir, ona görə söndürülüb. Amma yağış deyil, qar deyil, niyə söndürsünlər? Ona görə şübhələrimiz var ki, bəlkə də bu ərazidə təkcə nəşriyyatımızın işıqlarını söndürüblər. Ola bilər kiminsə göstərişidir, Nəşriyyatın işinə mane olma istəyirlər, bilmək olmaz”.
Xatırladaq ki, fevral ayında “Qanun” Nəşriyyatı Vergilər Nazirliyi tərəfindən 150 min manat cərimə edilib. Nəşriyyata qarşı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işi başlanıb.
Qaynar.info