Xəbər lenti

“Qaqaş” ləqəbli narkobaron: “Qramını 50 manata satıram” (VİDEO)
Ölkə12:32 11.05.2018

“Qaqaş” ləqəbli narkobaron: “Qramını 50 manata satıram” (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb. 
Qaynarinfo ARB TV-yə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan, Balaxanı qəsəbə sakini "qaqaş” ləqəbli Rəşad Səfərov saxlanılıb.
Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 0,308 qram, idarə etdiyi "Niva” markalı avtomobilin yük yerindən isə 1 kiloqram 5 qram heroin aşkar edilərək götürülüb.
Rəşad Səfərov istintaqa ifadəsində narkotik vasitələrin aludəçisi olmaqla yanaşı satışı ilə məşğul olduğunu da boynuna alıb.
Rəşad Səfərov – Saxlanılan şəxs: "Gəldim Razində tutuldum. Məni bölməyə gətirdilər. Maşınımdan heroin çıxdı. Hərdən özüm istifadə edirəm. Həm də qramını 50 manata narkotik satıram. Satdığım adamlar məni "qaqaş” kimi tanıyır”.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.