"Qarabağ” klubunda və Azərbaycan millisində çıxışları ilə tanınan veteran futbolçu Qara Qarayev haqqında kitab nəşr olunub.
Qaynarinfo-nun məlumatına görə, "Qara Qarayev” adlı kitabın müəllifi Murad Aksoydur. Nəşr TEAS Press Nəşriyyat Evi tərəfindən oxuculara təqdim edilib.
Kitabda futbolçunun həyatı və karyerası bədii formada təsvir olunur.
Kitabın təqdimat mərasimi 28 aprel saat 13:00-da Avropa Azərbaycan Məktəbində keçiriləcək. Tədbirdə Qara Qarayev oxucular üçün kitab imzalayacaq.
Qeyd olunub ki, təqdimatda iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər.
Şərhlər