Xəbər lenti

"Qarabağ" 3 qol vurdu, "Sabah" uduzdu (VİDEO)
İdman19:36 25.08.2019

"Qarabağ" 3 qol vurdu, "Sabah" uduzdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında II turun daha iki oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, əvvəlcə "Sabah” "Keşlə”ni qəbul edib. Oyunun taleyini bir qol həll edib. 45+1-ci dəqiqədə baxımlı qola imza atan Vüsal İsgəndərli "Keşlə"yə qələbə qazandırıb. 78-ci dəqiqədə isə qonaqlardan Sezar Meza Kolli qırmızı vərəqə alıb.
Günün ikinci matçı "Qarabağ” və "Qəbələ” arasında keçirilib. Sonuncu Azərbaycan çempionu meydandan 3:0 hesablı qələbə ilə ayrılıb. Hesabı 61-ci dəqiqədə penaltidən Riçard Almeyda açıb. 3 dəqiqə sonra Maqaye Qeye fərqlənib. 79-cu dəqiqədə isə Abdullah Zubir son nöqtəni qoyunb.
Qeyd edək ki, turun ilk oyununda "Səbail" "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib. Tura avqustun 26-da keçiriləcək "Zirə” – "Neftçi” oyunu ilə yekun vurulacaq. 
Premyer Liqa
2019/20 mövsümü
I dövrə, II tur
25 avqust
Sabah - Keşlə 0:1
Qol: Vüsal İsgəndərli, 45+1.
Qırmızı vərəqə: Sezar Meza Kolli, 78.
Masazır. "Bank Respublika Arena”.
Qarabağ - Qəbələ 3:0
Qollar: Riçard Almeyda, 61-pen. Maqaye Qeye, 63. Abdullah Zubir, 79.
Bakı. "Azersun Arena”.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Səbail

2

2

0

0

4:0

6

2

Qarabağ

2

2

0

0

4:0

6

3

Keşlə

2

1

0

1

1:1

3

4

Sumqayıt

2

1

0

1

2:3

3

5

Neftçi

1

0

1

0

1:1

1

6

Sabah

2

0

1

1

1:2

1

7

Zirə

1

0

0

1

0:1

0

8

Qəbələ

2

0

0

2

0:5

0

Bombardirlər

Mehdi Şərifi (Sumqayıt), Ağabala Ramazanov (Səbail) - 2.