Xəbər lenti

"Qarabağ" ardıcıl 3-cü oyunda qələbə qazana bilmədi (VİDEO)
İdman17:00 31.10.2018

"Qarabağ" ardıcıl 3-cü oyunda qələbə qazana bilmədi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Topaz Premyer Liqasının VII turunda təxirə salınmış oyun keçirilib.
Qaynarinfo xəbər verir ki, "Keşlə" doğma meydanda "Qarabağ"ı qəbul edib. Meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov debüt oyununda bir xala sevinib.
Hesabı 56-cı dəqiqədə "Qarabağ"dan Miçel açıb. "Keşlə" buna 79-cu dəqiqədə Sərtan Taşqının qolu ilə cavab verib. 88-ci dəqiqədə meydan sahiblərindən Samir Məsimov qırmızı vərəqə alıb. Oyun 1:1 hesab ilə başa çatıb. Bununla da "Qarabağ" ardıcıl üçüncü Premyer Liqa matçında meydanı qələbəsiz tərk edib. Ağdamlılar IX turda "Neftçi"yə uduzub. "Qarabağ" VIII turda "Səbail"ə qalib gəlsə də (1:0), protokolda adı qeyd olunmayan futbolçu meydançaya çıxdığına görə, 0:3 hesablı texniki məğlubiyyət alıb.
Premyer Liqa
2018/19 mövsümü
II tur, VII tur
31 oktyabr
Keşlə - Qarabağ 1:1
Qollar: Sərtan Taşqın, 79 - Miçel, 56.
Qırmızı vərəqə: Samir Məsimov, 88.
"ASK Arena”.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

9

7

1

1

19:7

22

2

Qarabağ

9

5

2

2

15:11

17

3

Səbail

9

5

1

3

12:11

16

4

Sabah

9

5

1

3

8:9

16

5

Sumqayıt

9

3

2

4

10:11

11

6

Qəbələ

9

2

3

4

12:13

9

7

Keşlə

9

1

3

5

8:13

6

8

Zirə

9

1

1

7

7:16

4

Bombardirlər

Marko Deviç (Sabah), Baqali Dabo (Neftçi) - 5. İnnosent Emeqara (Qarabağ) - 4.

Qeyd

İntizam Komitəsinin qərarına əsasən IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0-3 hesablı texniki məğlubiyyət verilib.