Xəbər lenti

"Qarabağ" - "Arsenal" matçının başlama saatı açıqlandı
İdman11:23 10.07.2021

"Qarabağ" - "Arsenal" matçının başlama saatı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın Avstriyada Rusiyanın "Arsenal" (Tula) komandası ilə keçirəcəyi yoxlama matçının başlama saatı açıqlanıb.
Qaynarinfo Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "köhlən atlar" Avstriyadakı ilk sınaq matçında Bolqarıstanın MOİK (Sofiya) kollektivini 1:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda son oyununda Almaniya "Auqsburq"u ilə üz-üzə gələcək. Bu görüş iyulun 15-də olacaq.