
UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək "Qarabağ” – "Bazel” (İsveçrə) oyununun biletləri satışa çıxarılıb.
Qaynarinfo "Qarabağ”ın rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10 və 40 manat təşkil edir. Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Bilet almaq istəyən azarkeşlər aşağıdakı satış məntəqələrinə müraciət
edə bilər.
Tofiq
Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və
3-cü kateqoriya biletlər satılır (5-3 azn);
Iticket.az-ın
satış məntəqələri (iticket.az-da onlayn satış);
FAW
Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək)
VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışdadır;
Park
Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall
və Gənclik
mall
ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).
"Qarabağ”
– "Bazel” matçı sentyabrın 16-da saat 20.45-də start götürəcək.
Səbuhi Həsənov