Xəbər lenti

"Qarabağ" bu gün Fransaya yola düşəcək
İdman09:16 15.02.2022

"Qarabağ" bu gün Fransaya yola düşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Olimpik Marsel"in qonağı olacaq "Qarabağ" bu gün Fransaya yollanacaq.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Marsel şəhərinə aparacaq təyyarə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Baş məşqçi Qurban Qurbanov fevralın 16-da yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələrinə açıq məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı "Velodrom” stadionunda baş tutacaq.
"Marsel" - "Qarabağ" matçı fevralın 17-də "Velodrom" stadionunda Bakı vaxtı ilə 00-00-da keçiriləcək.
Səbuhi Həsənov