Xəbər lenti

"Qarabağ" bu gün Qazaxıstanda tarixi ilkə imza ata bilər
İdman06:55 04.11.2021

"Qarabağ" bu gün Qazaxıstanda tarixi ilkə imza ata bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" bu gün növbəti oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun komandası H qrupundakı 4-cü sınağında Qazaxıstanda "Kayrat"ın qonağı olacaq. Almatı şəhərindəki "Ortalık" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Görüşü moldovalı FIFA referisi Dumitri Muntyan idarə edəcək.
Hazırda 7 xalla 2-ci pillədə qərarlaşan "Qarabağ" pley-offa vəsiqəni təmin etməyə yaxındır. Bunun üçün komanda həm rəqibinə uduzmamalı, həm də qrupun digər görüşünün nəticəsini gözləməlidir.
Konfrans Liqasında qrup qalibləri 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirirlər.
UEFA Konfrans Liqası
Qrup mərhələsi, IV tur
4 noyabr
19:30. "Kayrat" (Qazaxıstan) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Dumitri Muntyan, Andrey Bodyan, Viktor Mardari, Vyaçeslav Banari (Moldova).
Almatı, "Ortalık" stadionu.
"Bazel" - 7, "Qarabağ" - 7, "Kayrat" - 1, "Omoniya" - 1
Səbuhi Həsənov