Xəbər lenti

“Qarabağ” – “Dnepr” oyunun biletləri bu gündən satışda
İdman05:36 03.11.2014

“Qarabağ” – “Dnepr” oyunun biletləri bu gündən satışda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 6-da Ağdamın “Qarabağ” futbol komandası Ukraynanın “Dnepr” kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda “Qarabağ” qeyri-qanuni bilet alveri, saxta bilet satışı ehtimalını nəzərə alaraq xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır. Belə ki, “Qarabağ” – “Dnepr” oyununun biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Bu holoqram məxsusi “Qarabağ” üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil.

Klub nümayəndələri azarkeşləri bileti fərdi şəxslərdən deyil, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almağa çağırır. Holoqramı olmayan biletlər etibarsız sayılacaq. “Qarabağ” – “Dnepr” oyununun biletləri noyabrın 3-dən satışa çıxarılacaq.

Qaynar.info