Xəbər lenti

"Qarabağ" dünya reytinqində irəlilədi - "Neftçi" 236-cı oldu
İdman05:16 11.03.2022

"Qarabağ" dünya reytinqində irəlilədi - "Neftçi" 236-cı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" klubu dünya reytinqində irəliləyib.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" 300 klubun yer aldığı siyahıda 129 xalla 108-ci pillədə qərarlaşıb.
Komanda ötən ayla müqayisədə 54 pillə irəliləyib. "Neftçi" isə 81,5 xalla 236-cı sıradadır.
Siyahıya 310 xalla İngiltərənin "Çelsi" (310) klubu başçılıq edir. Braziliya "Palmeyras"ı (286) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür.