
“Məslə yenidən araşdırılıb və məlum olub ki, Rauf Əhmədovla aramızda anlaşılmazlıq baş verib. Artıq anlaşılmazlıq aradan qalxıb. Bu səbəbdən də nəzərdə tutulan piketi keçirməkdən vaz keçdik”.
Qaynar.info xəbər verir ki, bu sözləri “AzerFax”a “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov deyib.
Xatırladaq ki, bir müddət əvvəl keçmiş döyüşçü Bəxtiyar Kazımov Bakı Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun oğlu, Xətai rayon məhkəməsinin hakimi R.Əhmədovun onun 22 min manatını mənimsədiyi bildirmişdi. Bu səbəbdən də Qarabağ əlilləri Xətai Rayon Məhkəməsinin və Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırdı.
Qaynar.info