"Qarabağ" yeni üzvünü açıqlayıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, klub bu dəfə həkimlə ilə anlaşıb. Ağdamlılar Türkiyə millisinin fizioterapevti Murat Şahinoğlu ilə müqavilə imzalayıb. Müqavilənin müddəti 1 il nəzərdə tutulub.
1995-ci ildə Hacettepe Universitetinin Fizioterapiya-Reablitasiya fakultəsindən məzun olan Şahinoğlu müxtəlif xəstəxanalrda çalışıb. 2000-ci ildən isə futbol klublarında xidmət göstərməyə başlayıb. 9 il "Beşiktaş"da, 3 il "Qalatasaray"ın kişilərdən ibarət voleybol komandasında fəaliyyət göstərmiş fizioterapevt daha əvvəl də "Qarabağ"ın tibbi personalında yer alıb. O, Türkiyənin futbol üzrə yığmalarında da fəaliyyət göstərib.
Səbuhi Həsənov