Xəbər lenti

"Qarabağ" FK səfərdə "Qəbələ"yə qalib gəlib
İdman16:06 11.11.2018

"Qarabağ" FK səfərdə "Qəbələ"yə qalib gəlib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" futbol klubu Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Qəbələ" komandası üzərində qələbə qazanıb.
Qaynarinfo-nun trend-ə istinadən məlumatına görə, Qəbələdə keçirilən oyun 1:3 hesabı ilə yekunlaşıb. Oyunda hesabı 33-cü dəqiqədə "Qəbələ"nin oyunçusu Ceyms Adeniyi açıb. 47-ci dəqiqədə İnosent Emeqara hesaba tarazlıq gətirib.
Oyunun ikinci hissəsinin 47-ci dəqiqəsində Miçel, 69-cu dəqiqəsində isə Filip Ozobiç fərqləniblər. Beləliklə, oyun 1:3 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.
11 turdan sonra "Qarabağ" 23 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, "Qəbələ" isə 12 xalla 5-cidir.