
Qarabağ kanalının Ağcabədi rayonunun Qaradolaq kəndindən keçən hissəsində tank əleyhinə mina aşkarlanıb.
"Qaynar"ın Qarabağ müxbirinin verdiyi xəbərə görə, mərmi kanalda suyun səviyyəsi aşağı düşməsi nəticəsində sakinlər tərəfindən aşkar edilib.
Artıq polislər əraziyə cəlb olunub və ANAMA-ya bununla bağlı məlumt verilib.
ANAMA həmin ərazidə daha bir mərmi taparaq zərərsizləşdirib.
Qaynar.Az